Ağacların kəsilməsi ilə bağlı şikayət təsdiqini tapmadı

saytların hazırlanması

Evə çatdırılma

Ağacların kəsilməsi ilə bağlı şikayət təsdiqini tapmadı

Sosial

13 Yanvar 2022 11:26 594


Şəki şəhəri Ekonom marketin qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb və məlum olub ki, sözügedən ünvanda ağac kəsintisi deyil, təhlükə yaradan bir neçə ağacın budanması həyata keçirilib. Odur ki, ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət həqiqəti əks etdirmir. 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Yenisabah.az-a bildirib ki, həmin ərazidə fəaliyyət göstərən Kapital Bankın Şəki filialı tərəfindən bankın binasının qarşısında, Ekonom marketin yaxınlığında təhlükə yaradan iri gövdəli və çox hündür bir neçə ağacın budanmasına rəy verilməsi üçün Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət olunub və Agentlik tərəfindən insanların həyatına təhlükə yaradan 6 ağacın budanmasına rəy verilib.

B.Məhəmmədov yaşıllıqlara qayğı və həssaslıqla yanaşaraq Xidmətə məlumat verən ictimaiyyət nümayəndələrinə göstərdikləri vətəndaşlıq mövqeyinə görə təşəkkürünü bildirib, eyni zamanda ağacların budanmasını kəsilmə kimi təqdim edərək ictimaiyyətdə çaşqınlıq yaratmamalarını xahiş edib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!