Ağakərimdən Elzaya CAVAB: “Kimsə söyüşlə meyxana desə, qarşısını dərhal alarıq” 

saytların hazırlanması

Evə çatdırılma

Ağakərimdən Elzaya CAVAB: “Kimsə söyüşlə meyxana desə, qarşısını dərhal alarıq” 

Şou

29 Mart 2024 14:58 316


Əməkdar artist və Azərbaycan Yazıçılar Birliyinin üzvü (AYB) Elza Seyidcahan meyxanaçılarla bağlı sərt sözlər deyib: “Bəzi meyxanaçılar uşaqlarımızın dinlərini, imanlarını, tərbiyələrini pozurlar. Onlar söz tapmayanda küçə sözlərinə əl atırlar. Ana-bacılarını ortalığa qoyurlar. Vacib deyil ki, söz tapmırsansa, sus. Küçə sözlərini, pis vərdişlərlə bağlı sözləri uşaqlara aşılayırlar. Heç hərflərimizi, sözlərimizi də düzgün tələffüz etmirlər”.

Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, söz xiridarı Ağakərim Elzanın fikirlərinin səhv olduğunu vurğulayıb:

“Artıq neçə illərdir ki, söz ustaları meyxana dedikləri zaman söyüşdən istifadə etmirlər. Məclislərdə də meyxanaçılar çıxış edən zaman təhqir dolu ifadələrə yol vermirlər. Belə bir şeylər yoxdur. Hər şey nəzarətdədir. Çalışacayıq ki, belə məqamlar da təkrarlanmasın. O ki qaldı meyxanaçıların sözləri düzgün tələffüz etmədikləri məsələsinə, hər kəs öz ləhcəsində deyir. Bu isə normal haldır. pizza sifarişi

Meyxana bədahətən olur. Nə qədər insanlara yaxın tərzdə deyilsə, bir o qədər başa düşülən olur.

O zamanlar “Şirvan” adlı pul vahidi var idi. Biz pula aid meyxana deyəndə 100 və ya 10 min manat və sairə demirdik. “Şirvan”, “Məmməd” deyirdik. Belə söyləyəndə isə camaata tez çatır. Biz meyxanaçılar yalnız dövlətimizə və xalqımıza xidmət etməliyik. Əgər kimsə də söyüşlə meyxana desə, dərhal onun qarşısını alarıq. Lakin belə şeylər yoxdur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!