Ağcabədi İcra Hakimiyyəti şəhidlərə hörmətsizlik edib? - Video

saytların hazırlanması

Evə çatdırılma

Ağcabədi İcra Hakimiyyəti şəhidlərə hörmətsizlik edib? - Video

Sosial

20 İyun 2023 19:14 2581


Ağcabədi Rayon İcra Hakimiyyətinin rəsmi saytında Vətən müharibəsi şəhidlərinin fotolarının keyfiyyətsiz yerləşdirilməsi narazılığa səbəb olub.

Şəkillərin uğursuz formada təqdim edilməsi sosial şəbəkələrdə tənqid edilib və bu addım vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb. Sözügedən təqdimat şəhidlərə hörmətsizlik kimi qiymətləndirilib.

Məsələ ilə bağlı Ağcabədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, saytdakı fotolara mütəmadi olaraq nəzarət olunur: pizza mizza

“Sadəcə, işlərin çoxluğu səbəbindən bunu hər gün etmək mümkün deyil. Amma hər ay saytda məlumatlar yenilənir, düzəlişlər edilir”.

İcra Hakimiyyətindən qeyd edilib ki, mübahisəli məsələ tezliklə həllini tapacaq və müvafiq tədbir görülücək.

Daha ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!