Yayın gəlişi ilə ağcaqanadlar "qorxulu yuxu"ya çevrilməyə başlayıb. Ağcaqanad sancmasından və vızıltıdan bezənlər daim həll yollarını axtarırlar. Ev şəraitində hazırlanan təbii ağcaqanad qovucuları ilə bu problemi asanlıqla həll edə bilər.
Yenisabah.az ağcaqanadların kabusu olan qarışımları təqdim edir:
Sirkə Toyuqlu pizza
Ağcaqanadlar qoxuya nifrət etdiyi üçün bütün növ sirkələr onları qovmaq üçün istifadə edilə bilər. Mütəxəssislər xüsusilə alma sirkəsini məsləhət görürlər.
Ağ sirkə istifadə edilərsə, onu sprey şüşəsinə tökərək su ilə qarışdırmaq lazımdır. Sirkə dəriyə çəkilə bilər və bu qoxu ağcaqanadları qovacaq.
Lavanda yağı
Bu yağ ağcaqanadlara qarşı müqavimətdə faydalıdır, həmçinin ağcaqanadın sancdığı yerə lavanda yağı vurduqda qaşınma azalır. Lavanda yağı uşaqlar üçün də təhlükəsizdir.
Nanə yağı
Nanə ağcaqanadları dəf etmək üçün istifadə edilə bilər. Tədqiqatçılar bildirir ki, nanə yağı dəriyə çəkildikdə qoxuya görə ağcaqanadlar insana yaxın gəlmir.
Nanənin qoxusu evə yayıldıqda bu, ağcaqanadları uzaqlaşdırmağa və ailəni sancmalardan qorumağa kömək edə bilər.
Bundan əlavə, nanə yağının soyuducu effekti ağcaqanad dişləməsindən sonra yaranan qaşınmanı azalda bilər.
Əsmətxanım
Telegram kanalımız