Ağdam-Füzuli avtomobil yolunun inşası nə vaxt tamamlanacaq?

saytların hazırlanması

Evə çatdırılma

Ağdam-Füzuli avtomobil yolunun inşası nə vaxt tamamlanacaq?

Sosial

19 Mart 2024 17:52 423


“Ağdam-Füzuli avtomobil yolunun inşasının bu il tamamlanacağı gözlənilir”.

Bunu “Report”a açıqlamasında işğaldan azad olunmuş ərazilərdə inşaat işləri həyata keçirən Türkiyənin “Proyapı” şirkətinin İdarə Heyətinin sədr müavini Akif Aygen bildirib.

Uzunluğu 64,8 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin eni hər bir istiqamətdə 3,75 metr, ayırıcı zolağın eni 2 metr olmaqla yol yatağının eni 26,5 metr təşkil edir. pizza

Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi və Füzuli rayonlarının ərazisindən keçir. Yolun inşası Bərdədən Ağdam və Füzuliyə qədər, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!