Ağdam, Kəlbəcər və Tərtərin ərazisi Ağdərə rayonuna veriləcək

Ağdam, Kəlbəcər və Tərtərin ərazisi Ağdərə rayonuna veriləcək

Digər Veb saytların hazırlanması

21 Noyabr 2023 17:58 535


Ağdam, Kəlbəcər və Tərtər rayonlarından ümumilikdə 1 660,83 kvadrat kilometr ərazi yenidən bərpa ediləcək Ağdərə rayonunun tərkibinə veriləcək.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bu, Milli Məclisə daxil olan Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Kəlbəcər rayonunun ərazisindən 735,84, Tərtər rayonundan 851,25, Ağdam rayonundan isə 73,74 kvadrat kilometr Ağdərə rayonunun inzibati ərazisinə veriləcək.

Qeyd edək ki, Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi yaxın günlərdə parlamentdə müzakirəyə çıxarılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!