“Ağdam ölkənin dördüncü böyük şəhəri olacaq” - Emin Hüseynov

saytların hazırlanması

Evə çatdırılma

“Ağdam ölkənin dördüncü böyük şəhəri olacaq” - Emin Hüseynov

Rəsmi

14 Avqust 2021 20:10 1823


Ağdam Azərbaycanın ən böyük dördüncü şəhəri olacaq.

Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam şəhəri üzrə xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

O qeyd edib ki, Ağdamda artıq bərpa işlərinə start verilib: “Əlaqələndirmə komissiyası əlaqəli şəkildə birgə iş aparır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi əsasında yenidən qurulacaq Ağdam şəhəri ölkənin ən böyük dördüncü şəhəri olacaq”. Toyuqlu pizza

Ağdama təşkil olunacaq turla bağlı açıqlama verən Prezidentin xüsusi nümayəndəsi bildirib ki, əslində, bu turlar Ağdama qayıdışın başlanğıcıdır: “Ağdamlılar dədə-baba yurdlarının ermənilər tərəfindən necə dağıdılmasını, həm də gedən bərpa işlərini görəcəklər. Bundan başqa, müxtəlif tədbirlər də nəzərdə tutulub”./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!