Ağdamda avtomobil ağaca çırpıldı, ölən və xəsarət alan var

saytların hazırlanması

Evə çatdırılma

Ağdamda avtomobil ağaca çırpıldı, ölən və xəsarət alan var

Hadisə

18 Mart 2026 02:06 506


Ağdam rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Çəmənli kəndi ərazisində qeydə alınıb.

Belə ki, KIA markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Pepperoni pizza

Qəza zamanı avtomobildə olan Cavid Əli oğlu Musayev və İlkin Zamiq oğlu Abdullazadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Həkimlərin müdaxiləsinə baxmayaraq, Cavid Musayevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!