“Ağdamda gördüklərimiz bizi dəhşətə gətirdi” - ABŞ-ın keçmiş səfiri

saytların hazırlanması

Evə çatdırılma

“Ağdamda gördüklərimiz bizi dəhşətə gətirdi” - ABŞ-ın keçmiş səfiri

Siyasət

22 May 2021 14:12 1431


“Ağdamda gördüklərimiz bizi dəhşətə gətirdi. Burada gördüyümüz mənzərə ürəkağrıdıcıdır”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, azad olunmuş ərazilərin bərpası xeyli zaman alacaq: “Bununla belə, Azərbaycanın öz ərazilərində suverenliyini bərpa etməsi çox yaxşı haldır. Biz Azərbaycan və Ermənistanın tezliklə mehriban qonşuluq şəraitində yaşamalarını arzulayırıq”. Dördpendirli pizza

Qeyd edək ki, ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyətinin Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb. Nümayəndə heyətinin ermənilər tərəfindən dağıdılmış Ağdam şəhərində Cümə məscidi, İmarət qəbiristanlığı, Çörək muzeyi və Dram Teatrının qalıqları, Şəhidlər xiyabanı ilə tanış olması nəzərdə tutulur./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!