Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağdam rayonu ərazisində Xaçınçay su anbarında 3 nəfərin batması barədə məlumat daxil olub.
Nazirlikdən "Yeni Sabah"a verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Axtarışlar nəticəsində dalğıclar tərəfindən 1985-ci il təvəllüdlü Şərif Şəmsəddin oğlu İsgəndərovun, 2008-ci il təvəllüdlü Tunar Şərif oğlu İsgəndərovun və 2009-cu il təvəllüdlü Fidan Şərif qızı İsgəndərovanın meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. pizza
Telegram kanalımız