Ağdamın “İmarət” stadionu minalardan təmizlənir - Video
25 Noy 2020 02:07
997

Ağdamın “İmarət” stadionu minalardan təmizlənir - Video

İşğaldan azad edilmiş Ağdamda ərazilərin minalardan təmizlənməsi işləri davam edir. Ağdamın məşhur “İmarət” stadionu da təmizliyinə başlanılmış ərazilərdən biridir.

Yenisabah.az xəbər verir ki, bununla bağlı videolar sosial şəbəkələrdə yayılıb.

Videodan göründüyü kimi, “İmarət”in əvvəlki halından əsər-əlamət belə qalmayıb.

Qeyd edək ki, “İmarət” stadionunun açılışı 1952-ci ildə olub. İşğala qədər Ağdamın “Qarabağ” komandası ev oyunlarını məhz bu stadionda keçirirdi.

/Oxu.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər