Ağdamlılar doğma yurda nə vaxt qayıdacaq?   - Açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Ağdamlılar doğma yurda nə vaxt qayıdacaq? - Açıqlandı

Sosial

05 Oktyabr 2022 14:11 997


“Yaxın 2-3 ilə artıq həm Ağdam şəhərinə, həm ətraf kəndlərə, eləcə də Füzuliyə, Xocavəndə və Tərtərin işğaldan azad olunmuş ərazilərinə soydaşlarımızın Böyük Qayıdışını müşahidə etmək imkanı əldə edəcəyik. Gələn ildən əsas tikinti layihələrimiz başlayır.

Yenisabah.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

"Ümid edirik ki, 2024-cü ilin sonuna bu layihələrin hamısı - ən vacibi şəhərin tarixi mədəni mərkəzi ilə bağlı həm yaşayış məhlələri, həm sosial təsisatlar, həm mədəniyyət müəssisələri, həm inzibati mərkəz, həm uşaq bağçaları - həyat üçün tələb olunan bütün sosial infrastruktur hazır olub istifadəyə veriləcək. 2025-ci ildən soydaşlarımızı doğma Ağdam şəhərinə qaytaracağıq”, - E.Hüseynov bildirib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!