Agentlik sədri: “Zərfdə yer alan tibbi xidmətlərin sayı 3 315-ə çatıb“

Agentlik sədri: “Zərfdə yer alan tibbi xidmətlərin sayı 3 315-ə çatıb“

Sosial Veb saytların hazırlanması

28 Sentyabr 2023 11:52 181


"Bu gün Azərbaycanda 10 milyon əhalinin hər biri sığortalanıb. Hazırda Xidmətlər Zərfində yer alan tibbi xidmətlərin sayı 3 315-ə çatıb. Bu da o deməkdir ki, son neçə ildə zərf 3 dəfədən artıq yenilənib".

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev yenilənmiş Xidmətlər Zərfinin təqdimat mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, tibbi xidmətlərə əlçatanlıq hər zaman əsas məqsəddir: "Bu gün agentlik 111-dən çox özəl tibb müəssisəsi ilə müqavilə imzalayıb".

Z.Əliyev söyləyib ki, agentlik bu günə qədər 300-dən çox təcili tibbi yardım avtomobili alıb: "Proses davam edəcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!