Ötən gün Balakən rayonunda rayon sakinlərindən biri Dövlət Məşğulluq Agentliyinin ona verdiyi heyvanlar barədə müsahibə verərkən inəklərdən biri qəfildən yıxılıb.
Görüntülər qısa zaman ərzində sosial mediada yayılaraq müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri heyvanın öldüyünü iddia edərək, bu tip hadisələrin ilk dəfə baş vermədiyini qeyd ediblər.
Məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyindən Yenisabah.az-a verilən məlumatda qeyd olunub ki, sözügedən inək ölməyib, sıxlıq olduğundan ayağı büdrəyib: Dördpendirli pizza
“Özünüməşğulluq proqramına qoşulmuş Balakən rayon sakini Ömərov Zaura 2022-ci ilin iyun ayında aktivlərin (malların) təqdim olunması zamanı çəkilən videogörüntülər Dövlət Məşğulluq Agentliyi tərəfindən araşdırılıb.
Bildiririk ki, Z.Ömərov istəyinə uyğun olaraq “Maldarlıq təsərrüfatı” zərfi üzrə Özünüməşğulluq proqramına qoşulub, 2022-ci ilin iyun ayında 3 baş inək və 400 kq qarışıq yemlə təmin edilib.
Zaur malları şəxsən özü seçərək, razılığını bildirərkən yük avtomobilində heyvanlardan birinin yıxılması görüntüsü düzgün olmayan fikirlərin yaranmasına səbəb olub. Belə ki, inəklərin aparılması üçün gətirilən avtomobilin yük yeri kiçikhəcmli olduğundan sıxlıq yaranıb, biri büdrəyərək yıxılıb. Aktivlər vətəndaşa tam sağlam, baytar sənədi əsasında təhvil verilib”.
Qeyd olunub ki, sözügedən sakin ona verilən heyvanların heç birindən narazı deyil:
“Zaur Ömərov ona verilən heyvanlardan heç bir narazılıq və bu barədə hər hansı müraciət olmayıb.
2022-ci ilin dekabrında Zaur Ömərovun özünüməşğulluq fəaliyyətinin dəyərləndirilməsi məqsədilə keçirilmiş baxış zamanı həyat yoldaşı verilmiş aktivləri artıq satdıqlarını, Zaurun isə Rusiya Federasiyasında işlədiyini bildirib”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız