Agentliyin tərkibində 5 publik hüquqi şəxs yaradıldı

saytların hazırlanması

Evə çatdırılma

Agentliyin tərkibində 5 publik hüquqi şəxs yaradıldı

Sosial

17 Noyabr 2023 15:25 633


Prezident İlham Əliyevinm bu gün imzaladığı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərmana əsasən, qurumun tabeliyində 5 publik hüquqi şəxs yaradılıb. 

Yenisabah.az xəbər verir ki, bunlar aşağıdakılardır: 

- "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə Regional Su Meliorasiya Xidməti;  pizza sifarişi

- “Azərsu” ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti; 

- "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı"nın Meliorasiya Elmi Tədqiqat İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu; 

- "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı"nın Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti; 

- "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı"nın Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “Azdövsutəslayihə”nin və tabeliyindəki “Azərsu”yun “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!