“Ağıllı” qaz sayğacları ilə bağlı açıqlama: Hamısı dəyişdiriləcək

saytların hazırlanması

Evə çatdırılma

“Ağıllı” qaz sayğacları ilə bağlı açıqlama: Hamısı dəyişdiriləcək

Sosial

11 May 2023 07:40 2133


Azərbaycanda mənzillərə qaz verilməsində "smart-kart" tipli sayğacların mərhələli şəkildə ləğv ediləcəyi, onların əvəzinə "ağıllı" qaz sayğaclarının quraşdırılacağı gözlənir. "Azəriqaz" İstehsalat Birliyindən deyilib ki, bunlar dövlət hesabına həyata keçiriləcək.

Artıq Azərbaycanda bir neçə ildir ki, vətəndaşların sayğacların tez-tez dəyişilməsi və bəzi hallarda borcların şişirdilməsi ilə bağlı şikayətləri eşidilir. Xüsusilə də "smart-kart" tipli sayğaclar mexaniki sayğaclarla əvəz olunanda belə şikayətlər eşidildi.

"Azəriqaz"ın mətbuat katibi Eldəniz Vəliyev "Turan"a bildirib ki, qurum bir müddətdir "ağıllı" sayğacların tətbiqinə başlayıb: "40 min civarında sayğac artıq quraşdırılıb. Bu da, əsasən, ilkin olaraq yeni MTK-lərdə tətbiq olunub". pizza hut

"Azəriqaz" rəsmisi "ağıllı" sayğacların iş prinsipini belə izah edib: "Mexaniki sayğacların üzərinə xırda bir cihaz quraşdırılır. O cihaz vasitəsilə abonentlərin bütün məlumat bazasını - abonent hansı limitdədir, hansı tarifdədir, borcu olan halda, qazın avtomatik olaraq mərkəzdən dayandırılması, borc ödənilən kimi dərhal mərkəzdən qazın verilişinin təmin olunması proseslərini, onlayn ödənişlərin həyata keçirilməsini biz görəcəyik və nəzarət edəcəyik".

Onun sözlərinə görə, "əhali" kateqoriyasına aid olan abonentlərin sayğacları beş ildən bir çıxarılaraq dövri dövlət yoxlanmasına göndərilir: "Həmin sayğaclar müvəqqəti başqa sayğaclarla əvəz olunur. Metrologiya departamentinə gətirilir, orada iki tipli yoxlamadan keçir... Əgər sayğaca müdaxilə halları baş veribsə və ya fors-major halları nəticəsində sayğaca müəyyən mənada zədələr dəyibsə, onun istismara verilməsi uyğun bilinmirsə, o, dövriyyədən çıxarılır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!