Ağır qəzaya düşdüyü deyilən Vüqar adaşı üçün yardım istədi - Video
12 Yan 2020 13:36
450

Ağır qəzaya düşdüyü deyilən Vüqar adaşı üçün yardım istədi - Video

Ötən həftə ağır qəzaya düşməsi xəbəri yayılan müğənni Vüqar Muradov söz-söhbətlərə səbəb olan qəza keçirən adaşına baş çəkib. 

"Yeni Sabah" xəbər verir ki, müğənni bununla bağlı özü məlumat verib

V.Muradov bildirib ki, bir neçə gündür danışırlar ki, guya mən qara piarla məşğulam: "Heç vaxt mənim belə piarlara ehtiyyacım olmayıb. Həqiqətən Vüqar Muradov Fərhad oğlu adlı bir dostumuz qəzaya uğrayıb. Mənə də çox oxşarlığı var".  

Müğənni O, qəzaya düşən adaşına evində baş çəkərək, hər kəsdən onun üçün kömək istəyib:

“Hazırda Vüqar çox pis vəziyyətdədir. Bildiyimiz kimi, insan qəzaya düşəndə üzü qan içində, çox şiş olur. Onun da üzü şiş olduğuna görə mənə daha çox oxşayıb. Hazırda mən yardıma ehtiyacı olan dostumuz, adaşımın yaşadığı Maştağa kəndindəyəm. Gəlmişəm ona dəstək olmağa. Əziz xalqım, sizdən Vüqar qardaşımıza köməklik istəyirəm. Narahatlığa görə sizin önünüzdə baş əyirəm. Mənə görə çox narahat olmusuz. Bu qədər məni axtarıb, zəng vurmusuz. Bu qədər dəstəyə hazır olmusuz. Həmin o dəstəyi indi adaşım üçün sizdən rica edirəm. Kimin nəyə gücü çatır kömək etsin. İnşallah tezliklə Vüqar sağlam şəkildə ailəsinin qarşısında olsun”.

Oxşar xəbərlər