Ağızlarından çıxan hər kəlimənin yalan olduğu bürclər

saytların hazırlanması

Evə çatdırılma

Ağızlarından çıxan hər kəlimənin yalan olduğu bürclər

Sosial

18 Avqust 2023 17:03 21589


Uzun illərdir ki, bürclərin insanların xarakterinə təsir etdiyinə inanılır. Astroloqların fikrincə, 12 bürc arasında 3 bürc həm sevgi, həm də ictimai münasibətlərdə yalançılığa çox meyllidir. 

Yenisabah.az ağızlarından çıxanların böyük hissəsinin yalan olduğu bürcləri təqdim edir: 

Xərçəng pizza mizza

Emosional təbiətinin əksinə olaraq hiyləgər olması ilə tanınan xərçənglər olduqca çox danışandırlar.

Onları dinləyərkən ağızlarından çıxan sözlərə fikir verməlisiniz. Çünki bəzi məsələləri şişirdərək danışırlar, hətta danışdıqlarının yalan olduğu bilinəndə etiraz da edirlər.

Əqrəb 

Əqrəb bürcləri ehtiraslıdır. Sevgi üçün etməyəcəyi heç nə yoxdur. Bu insanlar öz işlərinə də həvəslidirlər. Danışmağı xoşlayırlar. Bunu edərkən içində olduqları mühiti ölçüb-biçir və qarşıdakı insanları dinləyirlər. Onlardan məsləhət almadan əvvəl diqqətli olmalısınız. Çünki danışdıqları bəzi şeylər qarşıdakı insanı təsirləndirmək üçün yalan ola bilər. Digər tərəfdən, ona qarşı  səhv etmisinizsə, diqqətli olun. Bu zaman əqrəblər sizi sancmaq üçün doğru günü gözləyirlər.

Qız 

Qız bürcləri son dərəcə ehtiyyatlıdırlar. Bir söz demədən əvvəl iki dəfə düşünürlər. Başını dərdə salmaq istəməyən qız bürcləri çox vaxt bildiklərini qarşı tərəflə bölüşmür. Onlar istəmədiyi müddətcə sizə lazım olan məlumatı onlardan ala bilməzsiniz. Bu zaman onlar sizə çoxsaylı yalanlar danışaraq sizi başdan edə bilərlər. 

Gülxanım Əliyeva 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!