“Ağlımız kəsəndən sevgililər gününü 14 fevralda qeyd etmişik, necə oldu 30 iyuna keçdi?!” 

saytların hazırlanması

Evə çatdırılma

“Ağlımız kəsəndən sevgililər gününü 14 fevralda qeyd etmişik, necə oldu 30 iyuna keçdi?!” 

Şou

14 Fevral 2022 13:31 3049


Bu gün - fevralın 14-ü dünyanın bir çox ölkələrində Sevgililər günü kimi qeyd olunur. Bəzən bu günü Müqəddəs Valentin günü adlandıranlar da var. Bəs Sevgililər günü kimi qeyd edilən bayramla bağlı şou-biznes əhli nə düşünür? Onlar bu günü qeyd edirlərmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Əlikram Bayramov bu günü hər zaman iyunun 30-u deyil,  fevralın 14-ü  qeyd etdiyini deyib:

“Bizim bu günümüzü niyə pozublar anlamıram, bizim ağlımız kəsəndən bəri sevgililər gününü 14 fevralda qeyd etmişik. Necə oldu bu gün 30 iyuna keçdi, bilmirəm. Amma bütün bunlara baxmayaraq, bu gün sevgililər günüdür, sevginin günüdür. Dədə-babadan belə eşitmişik. Allah sevənləri bir-birindən ayırmasın.  Marqarita pizza

Sevənin günü olmur, lakin sevənlərin günü var və həmin günü qeyd edirlər. Necə 8 Mart qadınlar bayramı kimi qeyd olunur, bu bayram da eləcə. Mən bütün sevənləri alqışlayıram, özüm də bu günü həmişə 14 fevralda qeyd etmişəm”.

Sənətçi “sevginin günü yoxdur” fikirləri ilə razılaşmadığını qeyd edib:

“Sevginin günü  niyə yoxdur ki? Var. Sevənlər hər zaman bu günü qeyd etməlidirlər ki, bir-birlərindən heç zaman uzaqlaşmasınlar. Sevənlər ayrılmasın. Həmin gün sevənlərin bayramıdır. Söhbət həqiqətən sevənlərdən gedir. Mən bu gün münasibətilə bütün sevənləri təbrik edirəm. Mən də bu günü qeyd edirəm, heç vaxt da 30 iyunda bu günü qeyd etməmişəm. Hamıya bol-bol sevgi arzu edirəm, sevənlərinizdən uzaq düşməyin, onlara gül verin”.

Qeyd edək ki, ölkəmizdə Sevgililər günü dünya ölkələrinin əksəriyyətində olduğu kimi 14 fevralda deyil, iyun ayının 30-da qeyd edilir. Bu tarix İlham və Fərizənin xatirəsinə ithafən qeyd edilir. Bu cütlüyün faciəvi məhəbbət hekayəsi milyonlarla azərbaycanlını sarsıdıb. İlham və Fərizə 1989-cu ilin 30 iyun tarixində ailə qurublar. 2004-cü ildən Azərbaycanda Sevgililər günü 30 iyun tarixində qeyd edilir.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Anar
    Bu 14 fevral den Valentin günüdü.Hormetli Əsrin muqennisi xahiş olunur biraz araşdırın.30 oyunu isə bizim özümüzə aid olması üçün təyin olunub.Siz 14 fevralda qeyd edin.Amma ümumi danışmayın.Dedenize babanıza qalanda isə onların dövründə sevgi anlayışı olmayıb arvada qadına ne kimi baxiblarsa bəllidir kecmisden ne inki sevgililər günü.
    4 years ago
  • Anar
    Ne sənət var,ne oxumaq var,nede nəyisə bilib danışmaq var.
    4 years ago
    • Akif m
      Akif m
      Mətbuat tükənib. Şou əhli olmasa, bunların vəziyyəti fəna olar, Şamaxı batan kimi batarlar. Bunlardan başqa digər şou sənətçiləri yoxdur? Elə dəmirin keyfiyyətindən, ailənin səmimiyyətindən, müəllimlərin biçarəliyindən, nədən, nədən yazmaq lazım gəlsə, bunlar Əlikramı, Nadiri, Toliki, Sərxanı, Samirəni, Zaurları və s. danışdıracaqlar. Əlikramın mahnıları ancaq Valentin gününə yarayar.Bizim Milli Sevgililər gününə uyğun gəlmir bu diringilər.
      4 years ago  Like (0)