Ağstafada avtomobilin vurduğu piyada Bakıda öldü

saytların hazırlanması

Evə çatdırılma

Ağstafada avtomobilin vurduğu piyada Bakıda öldü

Hadisə

05 Noyabr 2022 09:38 855


Ağstafada avtomobilin vurduğu piyada Bakıda ölüb.

Yenisabah.az xəbər verir ki, hadisə oktyabrın 30-da Köçəsgər-Ağstafa avtomobil yolunun Eynallı kəndindən keçən hissəsində qeydə alınıb.

Kabıyev Elmar Səməddin oğlu idarə etdiyi "VAZ-2106" markalı, 21 BG 428 qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən piyada Məmmədov Rasim Kərəm oğlunu vurub. Daha sonra sürücü hadisə yerindən qaçıb. Pepperoni pizza

Piyada aldığı xəsarətlərdən noyabrın 4-də Bakıda vəfat edib.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində Cinayət Məclləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!