Teleaparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında bəzi şəxslərə sərt mesaj ünvanlayıb.
"Yeni Sabah" xəbər verir ki, o, xüsusilə müğənni Rəksanə İsmayılova ilə dostluğunu qabardaraq onun ailəsinə təşəkkür edib:
Tolik bildirib ki, Rəqsanənin anasının boynunda haqqı var: Marqarita pizza
“Aylarla onların evində qalmışam, anası paltarımı yuyub, xəstə vaxtımda başımın üstündə dayanıb. Ona görə də bəzi özünü ağıllı sayanlara demək istəyirəm:– ağzınızı yığın, yoxsa... tikəsi tapılmaz”.
Prodüser fikrinin sonunda sərt ifadələrlə xəbərdarlıq edərək belə deyib:
“Ağıllı olun, qırıq-qırıt zir-zibil!..”
Rəqsanə İsmayılova dünən ev dustaqlığına buraxılıb. Bu məlumatı ilk dəfə prodüser ictimaiyyətə açıqlayıb.
Tolik müğənni ilə telefon əlaqəsi saxlayıb, vəziyyəti onun özündən öyrənib və sosial şəbəkə hesabında paylaşıb.
Bu xəbərdən sonra sosial mediada müxtəlif reaksiyalar yaranıb. Bəzi şəxslər Toliki tənqid ediblər.
Əsmətxanım
Telegram kanalımız