Aİ 4 erməni məhbusun azad edilməsini alqışladı

saytların hazırlanması

Evə çatdırılma

Aİ 4 erməni məhbusun azad edilməsini alqışladı

Siyasət

15 Yanvar 2026 11:39 569


Avropa İttifaqı (Aİ) Azərbaycanın Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekciyanı Ermənistana təhvil verməsini alqışlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik xidmətinin rəsmi nümayəndəsi Anita Hipper “X”-də paylaşım edib:

“Bu, Ermənistan və Azərbaycan arasında sülh prosesində irəliyə doğru atılmış mühüm addımdır. Aİ iki ölkə arasında gələcək müsbət addımları dəstəkləməyə davam edəcək”.

Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono da Azərbaycanın Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekciyanı Ermənistana təhvil verməsini alqışlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!