“Aİ-92” markalı benzin istifadə edənlərin nəzərinə - Video

saytların hazırlanması

Evə çatdırılma

“Aİ-92” markalı benzin istifadə edənlərin nəzərinə - Video

Sosial

06 Fevral 2022 15:50 2070


“Aİ-95” markalı benzinin qiyməti bahalaşması bəzi sürücülərin cibinə əməlli-başlı təsir edib. Belə ki, son vaxtlar bəziləri avtomobili premium markalı benzin üçün nəzərdə tutulsa da, daha aşağı keyfiyyətli yanacaq alırlar. Bunu maddi imkanla əlaqələndirirlər.

Yenisabah.az xəbər verir ki, sürücülərin bu cür qənaət metodu onların daha çox pul xərcləmələrinə səbəb ola bilər. Belə ki, avtomobil ustaları deyir ki, həmin nəqliyyat vasitələrinə“Aİ-92 markalı benzin tökdükdən bir qədər sonra ciddi problemlər ortaya çıxır.

Ustaların fikrincə, belə qənaət üsulu həm də nəqliyyat vasitəsinin matorunun gücünə təsir edir. Sonradan isə bu problemi aradan qaldırmaq üçün müəyyən qatqılardan istifadə olunur ki, bəzən həmin məhlullar da işə yaramır. pizza hut

Ustaların sözlərinə görə, “Aİ-95” markalı benzini “Aİ-92” ilə əvəz etmək avtomobil sahibini hətta 2 min manatdan 5 min manatadək xərcə də sala bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!