Aİ-95 markalı benzinlə bağlı YENİ XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Aİ-95 markalı benzinlə bağlı YENİ XƏBƏR

İqtisadiyyat

03 Noyabr 2025 16:52 3811


Növbəti il Azərbaycanda Aİ-95 markalı avtomobil benzini istehsalı planlaşdırılmır.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, daxili bazarda istehlak Aİ-92 markalı benzində 239,9 min ton və ya 14,7%, dizel yanacağında isə 298,5 min ton və ya 13,7% azalma ilə proqnozlaşdırılır.

Növbəti il Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurulma layihəsinin maliyyələşdirilməsi üçün 450 milyon manat ayrılması proqnozlaşdırılır. Dördpendirli pizza

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin 9 ayında Azərbaycanda 1 067,54 min ton Aİ-92 markalı avtomobil benzini istehsal olunub, bu da illik müqayisədə 2,1% artım deməkdir.

Hesabat dövründə ölkədə 13,8 min ton Aİ-95 markalı avtomobil benzini istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 45,02% azdır.

Bu ilin yanvar-sentyabr aylarında ölkədə 1 081,3 min ton avtomobil benzini istehsal olunub, bu da illik müqayisədə 1% çoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!