Aİ ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır

saytların hazırlanması

Evə çatdırılma

Aİ ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır

Dünya

22 Sentyabr 2022 14:02 825


Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik etməsi və dünyanı nüvə silahından istifadə ilə hədələməsindən sonra Avropa İttifaqına üzv ölkələr yeni sanksiyalar paketi hazırlamaq və Ukraynaya silah dəstəyini artırmaq qərarına gəliblər.

Yenisabah.az xəbər verir ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell BMT Baş Assambleyası üçün Nyu-Yorkda səfərdə olan Aİ ölkələrinin xarici işlər nazirlərini növbədənkənar və xüsusi iclasa çağırıb.

"Putinin Ukraynanı məhv etməyə çalışması çox aydındır. Hərbi cəhətdən uğursuzluğa düçar olduğu üçün o, müxtəlif yollarla bütün ölkəni məhv etməyə çalışır", - Borrell deyib.  pizza hut

Borrell izah edib ki, Rusiyanın hərəkətləri bütün dünyada sülh və təhlükəsizliyi təhdid edir, ərzaq və enerji qiymətlərini yüksəltməklə ciddi qlobal nəticələrə malikdir.

“Rusiyaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlər dərhal təklif olunacaq”.

Borrell bu sanksiyaların digər tərəfdaşlarla koordinasiya əsasında hazırlanacağını vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!