Bu günə qədər ölkəmizdə koronavirusa qarşı 4 milyon 500 min dozaya yaxın vaksin vurulub və heç bir ciddi əks təsir müşahidə olunmayıb.
“Yeni Sabah” xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
“Yeni ailə quranlardan vaksinasiya ilə bağlı çoxlu suallar ünvanlanır. Dünya praktikasında hər zaman ailə qurmazdan və uşaq planlaşdırılmasından əvvəl ümumi olaraq virus infeksiyalarına qarşı vaksinasiya tövsiyə olunur. Çünki sonra hamiləlik dönəmində qadının məxmərək, suçiçəyi, qızılca kimi virus infeksiyalarına yoluxması dölün inkişafında çətinliklər yaradır. Ona görə də bunları öncədən düşünüb nəzərə almaq tibbi tərəfdən daha doğrudur”, - deyə Y.Qarayeva qeyd edib. Dominos pizza
Telegram kanalımız