Ailənin gəliri azı 1500 manat olmalıdır ki, dolana biləsən

saytların hazırlanması

Evə çatdırılma

Ailənin gəliri azı 1500 manat olmalıdır ki, dolana biləsən

Sosial

10 İyun 2023 11:56 655


Bu il Azərbaycanda orta illik inflyasiyanın 10,4 faiz olması proqnozlaşdırılır.

Yenisabah.az Xəzər TV-yə istinadla xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.

İqtisadçı ekspert Rəşad Həsənov isə bildirir ki, inflyasiya göstəricisi ilə bağlı fərqli proqnozlar var və bu rəqəmin daha yüksək olacağı gözlənilir. pizza

Ekspert bildirir ki, Dövlət Statistika Komitəsinin ailə təsərrüfatları arasında keçirdiyi sorğu nəticələrinə görə, ölkə əhalisinin hər 100 nəfərindən 11-nin gəlirləri 200, 55-nin gəlirləri isə 300 manatdan aşağıdır. Hər 100 nəfərdən yalnız 6-7-sinin gəlirləri 500 manatdan yuxarıdır.

Rəşad Həsənovun sözlərinə görə, xərclər minimumdan hesablansa, hazırki vəziyyətə görə bir ailənin gəliri ən azı 1000 manat olmaldır.

Mövzu ilə bağlı paytaxt sakinlərinin fikri də maraqlıdır: "Proqnozlaşdırılan inflyasiyanın fonunda bir ailənin aylıq gəliri 1500-3000 manat aralığında olmalıdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!