İsa Həbibbəyli Qurban Yetirmişlinin nikbin proqnozlarını şübhəyə aldı

saytların hazırlanması

Evə çatdırılma

İsa Həbibbəyli Qurban Yetirmişlinin nikbin proqnozlarını şübhəyə aldı

Sosial

28 Aprel 2026 10:21 329


Bəzən ayrı-ayrı seysmoloqlar zəlzələ ilə bağlı fərqli proqnozlar verir, az qala, həyəcan siqnalı çalınmasına təşviq edirlər.

"Yeni Sabah" xəbər verir ki, bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli "Azərbaycanın seysmik təhlükəliliyinin və seysmik riskinin qiymətləndirilməsi" mövzusunda Respublika Elmi Konfransında deyib.

Onun sözlərinə görə, bununla belə, Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbərliyi baş verən hadisələr haqqında dəqiq proqnozlar verərək cəmiyyəti ajiotajdan xilas edir:

"Hətta mən özüm Qurban Yetirmişlidən soruşuram ki, o nəyə əsaslanaraq bu qədər nikbin proqnozlar verir? O isə özünün təhlillərini mənə göstərir və görürəm ki, doğrudan da, bu təhlillər elmin son nailiyyətlərinin tətbiqi ilə ortaya çıxır".

Akademik Mərkəzin ümumi fəaliyyətini yüksək qiymətləndirdiyini də bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!