Akif Çovdarov 30 milyon manatın davasını edir

saytların hazırlanması

Evə çatdırılma

Akif Çovdarov 30 milyon manatın davasını edir

Maraqlı

22 Noyabr 2023 12:22 729


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi Akif Çovdarov Bakı Apellyasiya Məhkəməsinin sonuncu qərarından kassasiya şikayəti verib. 

Yenisabah.az xəbər verir ki, kassasiya şikayəti Ali Məhkəmədə hakim Tahir Kazımovun icraatına verilib. 

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin sonuncu qərarına əsasən, Akif Çovdarovun şikayəti rədd edilib və onun müsadirədən azad olunmuş əmlakları yenidən dövlət hesabına alınıb. 

Xatırladaq ki, Akif Çovdarov 2017-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun 30 milyon manatlıq əmlakı müsadirə edilib, general rütbəsindən məhrum edilməsi üçün Prezidentə təqdimat göndərilib. Dövlət başçısının sərəncamı ilə A.Çovdarov general rütbəsindən məhrum olunaraq əsgər rütbəsinə endirilib. 

2020-ci ildə imzalanmış əfv sərəncamı ilə Akif Çovdarov azadlığa buraxılıb. Bundan sonra eks-general müsadirə edilmiş əmlaklarını geri qaytarmaq üçün mübarizəyə başlayıb. 

2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi onun 30 milyon manatlıq əmlakının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul edib. Lakin bir müddət sonra Ali Məhkəmə prokurorun protesti əsasında həmin qərarı ləğv edib. Bakı Apellyasiya Məhkəməsi təkrar baxış zamanı birinci instansiya məhkəməsinin müsadirə qərarını qüvvədə saxlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!