“Rosatom” Dövlət Korporasiyası Türkiyədə Akkuyu AES-in dördüncü enerji blokunun tikintisinə başlayıb.
Yenisabah.az TASS-a iastinadla xəbər verir ki, 4 nömrəli enerji blokunun bünövrə plitəsi altına ilk betonun tökülməsinə startı “Rosatom”un baş direktoru Aleksey Lixaçev və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz veriblər.
"Birinci betonun tökülməsi statusun dəyişməsi deməkdir: dördüncü blok MAQATE-nin siyahısında tikilməkdə olan rəsmi nüvə enerji bloku kimi görünəcək", - deyə Lixaçev tikintinin başlanması mərasimində çıxış edib. Dominos pizza
Akkuyu Türkiyədə tikilməkdə olan ilk atom elektrik stansiyasıdır. AES-in 1 nömrəli enerji blokunun altına 2018-ci il aprelin 3-də, ikinci blokun altına – 2020-ci ilin iyun ayının sonunda ilk beton tökülüb, 10 mart 2021-ci ildə 3 nömrəli blokun tikintisinə başlanılıb. Akkuyu AES-in ilk enerji bloku 2023-cü ildə işə salınacaq.
Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12-də bağlanmış Türkiyə Respublikasında Akkuyu ərazisində AES-in tikintisi və istismarı sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş əsasında həyata keçirilir. Rosatom Dövlət Korporasiyası stansiyanın layihələndirilməsi, tikintisi, saxlanması, istismarı və istismardan çıxarılması ilə bağlı öhdəlikləri üzərinə götürən Akkuyu Nüvə şirkətinin əksər səhmdarıdır.
Telegram kanalımız