Aktrisa 8 minlik telefonla qoz sındırdı - “Bu zənginlikdir, yoxsa görməmişlik?” - Video

Aktrisa 8 minlik telefonla qoz sındırdı - “Bu zənginlikdir, yoxsa görməmişlik?”
Okt 9, 2019 16:16
Oxunma sayı: 261

Türkiyəli aktrisa Doğa Rutkayın 8 min lirəlik (2 min manat) telefonla qoz sındırıb.

“Yeni Sabah” xəbər verir ki, həmin anları əks etdirən video sosial medianı alt-üst edib. 

Aktrisanın bu hərəkəti izləyicilərini hiddətləndirib. 

Onlar şərhlərdə 40 yaşlı aktrisanı tənqid edərək, “Deyəsən, pulunuz çoxdur, bilmirsiniz nə edəsiniz”, “Bu zənginlikdir, yoxsa görməmişlik?”, kimi rəylər yazıblar. 

Həmin görüntüləri təqdim edirik:

Əsmətxanım

Yenisabah.az