Aktyoru sancan ilan ölüb? - Elnur Kərimov: “Başlıqlar məni çox narahat etdi”

saytların hazırlanması

Evə çatdırılma

Aktyoru sancan ilan ölüb? - Elnur Kərimov: “Başlıqlar məni çox narahat etdi”

Şou

27 İyul 2026 17:17 284


Bir neçə gün öncə Əməkdar artist Elnur Kərimovu ilan sancması ilə bağlı məlumat yayılmışdı.

Aktyor “Yeni Sabah”a bildirib ki, hazırda vəziyyəti yaxşıdır.

O, bir sıra sayt və sosial media səhifələrində hadisə baş verdiyi gün yazılan xəbər başlıqlarından çox narahat olub: pizza hut

“Çox şükür hər şey yaxşıdır, hər şey qaydasındadır. Məsələ ilə bağlı televiziyada açıqlama verəcəm və düşünürəm ki, bununla da söhbət yekunlaşacaq. Çünki həmin günü xəbərlərə verilən başlıqlar məni çox narahat etdi. Ümid edirəm ki, müzakirələr bununla bitəcək.

Hər kəs zəng edib baş verənlər haqqında soruşur. Narahatlıq verdiyim üçün üzr istəyirəm. Lakin belə heç kəsə cavab vermək istəmirəm. Bu gün axşam “Xəzər” TV vasitəsilə bütün prosesə aydınlıq gətirəcəm”.

Xatırladaq ki, hadisə barədə məlumatı Gənc Tamaşaçılar Teatrının aktyoru İlham Əsədov yayıb. O, görünür zarafatyana Elnur Kərimovu sancan ilanın öldüyünü bildirib:

“Xəstəxanaya apardıq. Həkimlər müayinə etdilər. Daha sonra evə buraxdılar və narahatlığa əsas olmadığını bildirdilər. Ən maraqlısı isə odur ki, Elnuru sancan ilan ölüb”.

Bununla belə, xəbəri tirajlayan bəzi KİV-lər dil xətasına yol veriblər: “Elnur Kərimovun sancdığı ilan öldü”. Bu başlıq sosial mediada gülüşlə qarşılanmaqla bərabər, xeyli kinayəli postun yazılmasına rəvac verib.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!