Ali Məhkəmənin hakiminin diplomu barədə həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi haqqında

saytların hazırlanması

Evə çatdırılma

Ali Məhkəmənin hakiminin diplomu barədə həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi haqqında

Sosial

30 Dekabr 2022 11:08 6997


28 dekabr 2022-ci il tarixdə saat 10:02-də saytımızda “Ali Məhkəməsi hakiminin diplomu saxtadır! - FOTOFAKT” başlıqlı verilmiş məqalə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Hüseynov Abiddin Qabil oğlunun hüquqşünaslıq ixtisası üzrə ali təhsil diplomunun saxta olması barədə məlumat paylaşılıb. 

Məlumat üzrə Ali Məhkəmənin 29 dekabr 2022-ci il tarixli bəyanatından sonra tərəfimizdən aparılmış araşdırılma ilə müəyyən edilib ki, əldə etdiyimiz ilkin məlumat təhrif olunmaqla natamam olub. 

Nəticədə hakimlərin seçki proseslərindən keçmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, ali təhsil müəssisəsində mülki proses fənnini tədris edən A.Hüseynov barəsində onun şərəf və ləyaqətinə, habelə işgüzar nüfuzuna ləkə gətirə biləcək mənfi fikir formalaşdırılmasına yönəlmiş məlumat paylaşılıb.  Sezar pizza

Sonradan əsassızlığı tərəfimizdən müəyyən edilmiş informasiyanın yayılmasına görə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi A.Hüseynovdan, Ali Məhkəmənin hakimlərindən, rəhbərliyindən, bütövlükdə məhkəmə hakimiyyətindən təkzibimizin nəzərə alınmasını xahiş edirik. 

Hüseynov Abiddin Qabil oğlunun diplomunun həqiqiliyinin təsdiqinə dair məlumatla Azərbaycan Respublikası Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi internet informasiya resursundan aşağıdakı keçid vasitəsilə (keçiddə açılacaq pəncərəni müvafiq qayadada doldurmaqla) tanış ola bilərsiniz: https://apply.enic.edu.az/e-reference/ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!