Ali məktəblərə qəbul imtahanları bu tarixlərdə keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Ali məktəblərə qəbul imtahanları bu tarixlərdə keçiriləcək

Sosial

25 Fevral 2022 14:15 570


Gələn həftədən ölkədə buraxılış imtahanları başlayır.

Yenisabah.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, digər imtahan qrafikləri aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb: pizza mizza

“Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə iştirakçılara yenə də 2 dəfə cəhd etmək imkanının verilməsi nəzərdə tutulur. III qrup üzrə ilk imtahan 21 may, II qrup üzrə 22 may, I qrupa sənəd verən abituriyentlərin bir hissəsi 4 iyun, yerdə qalan hissəsi isə 5 iyunda imtahan verəcək. 5 iyunda IV qrup üzrə də imtahan keçiriləcək. II cəhd üzrə imtahanlar isə III qrup üzrə 6 iyul, II qrup üzrə 7 iyul, I qrup üzrə 20-21 iyul, IV qrup üzrə isə 21 iyul tarixində keçiriləcək”.

Qeyd edək ki, cari və əvvəlki illərin məzunları eyni gündə imtahan verirlər.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!