Ali məktəblərə qəbul imtahanlarının elan olunmamasının səbəbi bilindi
01 İyn 2020 11:59
191

Ali məktəblərə qəbul imtahanlarının elan olunmamasının səbəbi bilindi

“Hələlik ali məktəblərə və kolleclərə qəbul imtahanları elan olunmayıb. Çünki bu ayın 5-nə qədər sənəd qəbulu davam edəcək".

Yenisabah.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.

O vurğulayıb ki, qəbul imtahanlarının vaxtı iyun ayının 5-dən sonra dəqiq elan olunacaq.

“Yalnız bundan sonra sənəd verənlərin sayına uyğun hazırlıq işləri görülməlidir. Odur ki, iyunun 5-dən sonra tarixlər məlum olacaq”, - deyə DİM sədri qeyd edib.

Oxşar xəbərlər