Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı davam edir.
Dövlət İmtahan Mərkəzindən Yenisabah.az-a bildirilib ki, elektron ərizələrin qəbulu iyulun 1-dək internet vasitəsilə aparılacaq. Bu günə olan məlumata görə, 14 min 220 nəfər ərizəsini təsdiq edib.
Təhsil məlumatları “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur. pizza mizza
Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.
Nəzrin Vahid
Telegram kanalımız