Ali məktəblərə qəbul üçün qeydiyyatdan keçənlərin sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Ali məktəblərə qəbul üçün qeydiyyatdan keçənlərin sayı açıqlandı

Sosial

26 Aprel 2023 20:42 1033


Ali təhsilin I-IV ixtisas qrupları üzrə test imtahanına (I cəhd) qeydiyyatdan keçən abituriyentlərin sayı açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, bu gün saat 19:25-ə olan məlumata əsasən 54 233 abituriyent sənəd verib. Onların 48994 nəfəri Azərbaycan, 5239 nəfəri isə rus bölməsi üzrədir. Pepperoni pizza

18 559 nəfər I, 16 240 abituriyent II, 15 327 nəfər III, 4107 nəfər isə IV ixtisas qrupu üzrə qeydiyyatdan keçib.

Qeyd edək ki, 2022-ci il buraxılış və ya test imtahanlarının I mərhələsinin nəticəsi əsasında müsabiqəyə qoşulan abituriyentlərin sayı isə 1187 nəfərdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!