Ali məktəblərin boş qalan yerlərinə hansı abituriyentlər sənəd verə bilər?   - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Ali məktəblərin boş qalan yerlərinə hansı abituriyentlər sənəd verə bilər? - Açıqlama

Sosial

04 Sentyabr 2023 15:18 8224


Bu gündən ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi başlayır. 

DİM-in məlumatına görə, boş qalan yerlərə ixtisas seçimi sentyabrın 4-dən 9-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

Bəs görəsən, boş qalan yerlərə hansı abituriyentlər sənəd verə bilər? Şərtlər nədir?  pizza

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil tədqiqatçısı Elmin Nurinin sözlərinə görə, bu il plan yerləri ötən ilə nisbətən xeyli azalıb: 

"3 minə yaxın plan yeri boş qalıb. Statistik məlumatlara əsasən, I qrup üzrə 1753, II qrup 357, III qrup 1174, IV 234, V ixtisas qrupu üzrə isə 283 boş plan yeri müəyyən olunub. Yenə də I qrup burada öz liderliyini qoruyub saxlayır, ən az plan yeri isə ötən ilki kimi IV qrupdadır. Bu il plan yerləri də ötən illərə nisbətən, xeyli azalıb. Baxmayaraq ki, bu il plan yerləri artırıldı, hətta rekord həddə çatdı, lakin ötən ilə nisbətən boş qalmış az plan yerlərinə rast gəlirik. Çünki ballar aşağı düşdü, dövlət sifarişli yerlərin sayı artırıldı, bir sözlə müəyyən güzəştlər edildi və bu da abituriyentlər üçün situmullaşdırıcı hala çevrildi. Amma yenə də  3 minə yaxın abituriyent az göstərici deyil, I qrupda 1753 abituriyent tələbə adı almaq üçün yenidən savaşacaq. Onların əksəriyyəti əsasən, kimya alt qrupu üzrədir,  riyaziyyat-informatika alt qrupları üzrə plan yerlərinə çox az halda rast gəlinir". 

Ekspert boş qalan plan yerlərinə hər abituriyentin sənəd verə bilməyəcəyini, müəyyən kriteriyalara uymağın vacib olduğunu qeyd edib:

"Boş qalan yerlərə sənəd vermək üçün də müəyyən kriteriyalara uymaq vacibdir. Məsələn, I ixtisas qrupu üzrə riyaziyyat və fizika ixtisasları üzrə müsabiqəyə ümumi nəticəsi 250-dən, imtahanın ikinci mərhələsi üçün balı 150-dən az olmayan abituriyentlər buraxılır. Bu ixtisaslar üzrə artıq plan yerləri qalmayıb.

Bundan əlavə, tədrisin ingiliscə olduğu ixtisaslar üzrə sənəd vermək üçün gərək ingilis dili imtahan nəticəsi 40-dan aşağı olmasın. 

II ixtisas qrupu üzrə boş qalan plan yerlərinə ümumi nəticəsi 200-dən, ikinci mərhələ üzrə 100 baldan aşağı olanlar qatıla bilməz. 

Həmçinin dövlət ali ixtisas müəssisələrinin beynəlxalq münasibətlər ixtisası üçün də xarici dil nəticəsi 40-dan yuxarı olmalıdır, əks halda, abituriyent boş qalan plan yerinə sənəd verə bilməz. 

III ixtisas qrupunda yalnız regionşünaslıq ixtisası üzrə ümumi balı 150-dən yuxarı olan abituriyent boş qalan plan yeri uğrunda mübarizə apara biləcək. Çünki  yalnız bu istiqamətdə az da olsa plan yerinin qaldığı görünür. III qrup üzrə cəmi 3 ixtisasda plan yeri qalmışdı ki, onların ikisində bir yer belə qalmayıb. Ümumilikdə, builki plan yerləri kəsilən abituriyentlər üçün xəyal qırıqlığı oldu".

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!