“Ali təhsil müəssisələri heç bir halda tədris planını təşkil edə bilmirlər” - Açıqlama

“Ali təhsil müəssisələri heç bir halda tədris planını təşkil edə bilmirlər” - Açıqlama

Sosial Veb saytların hazırlanması

13 Fevral 2024 02:18 396


Universitet tələbələri tədris planında maraqlarına uyğun seçmə fənlərin tədris olunması ilə bağlı yaşadıqları problemlərdən gileylənirlər. Tələbələr universitet rəhbərliyinin onları fənn seçmək hüququndan məhrum etdiyini bildirirlər.

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Sabah”a danışıb:

“Azərbaycanda 51 ali təhsil müəssəsi var və bu təhsil müəssisələrində 187 min tələbə təhsil alır. Azərbaycan təhsil sistemi 2005-ci ildən balonya sisteminə qoşulub. Həmçinin ali təhsil müəssisələrində tədrisin təşkili ilə bağlı Nazirlər Kabinetinin qərarı var. Hər iki sənəddə tələbələrin fənn seçmək hüququnu birmənalı olaraq əks etdirir. İxtisas üzrə bilikləri formalaşdıran fənlərlə yanaşı, köməkçi fənlər yəni fənn seçmə məsələsinə mütləq şəkildə icazə verilməlidir.

Çox əfsuslar olsun ki, bu məsələ Azərbaycan Respublikasının bəzi ali təhsil müəssisələrinin tədris proqramında öz əksini tapmır. Ali təhsil müəssisələri heç bir halda tədris planını təşkil edə bilmirlər. Məsələyə qanunvericilik tərəfdən baxdıqda, ali təhsil müəssisələrində təhsilin təşkili qaydaları var. Təhsilin bütün pillələrində kredit sistemi ilə təhsil təşkil olunmalıdır. 2013-cü ildən təsdiq olunan qaydalara əsasən tələbələr, seçmə fənlərdə iştirak hüququna sahibdirlər. Bu məsələ o zaman öz yerini tapmır ki, ali təhsil müəssisələri tələbələri öz təhsil planları ilə tanış etmirdilər, yəni, tələbələr bilmirdilər ki, bu fənlər nədir. Seçmə fənn tələbənin marağına uyğun olaraq, şəxsi və peşəkar inkişafı üçün kreditlərini tamamlaması üçün seçilən fənlərdir. Burda iki məsələ var, bir məcburi fənn, bir seçmə fənn. Bu fənlərin tədris olunmasında bir başqa problem də, universitetdə bu fənlər üzrə kadrın olmamasıdır. Məsələn, şərti olaraq sizə sosiologia, politologia kimi digər ixtisaslar verilir, lakin bu fənlərin mahiyyəti öz əksini tapmır. Bu barədə tələbənin haqqı. Ali təhsil müəssisəsinin rəhbərliyi tələbələrin seçmə fənlərlə əlaqəli hüquqlarını təmin etməlidir. Öz marağına uyğun olaraq tələbələr fənn seçimlərini həyata keçirməlidirlər”. 

Ekspert seçmə fənlərin universitetlərdə mütləq təşkil olunmalı olduğunu bildirib:

“Bəzi universitetlərdə tələbələr fənn seçə bilmir, bunun səbəbi odur ki, alternativ yoxdur. Məsələn, tələbələr qaydalara görə, qrupdaki tələbələrin sayı 30-dan çoxdursa, 15 nəfər A variantı olan fənni, digər 15 nəfər B variantı olan fənni seçməlidir. Auditoriyada tələbə sayının az olmasından ehtiyyat edərək də universitetlərdə bu məsələyə məcburi şəkildə birmənalı yanaşma olur. Bu zaman universitetlər maliyyə itkisinə getməkdən qorxurlar. Lakin bütün hallarda universitetlər qoşulduqları konsepsiyalara uyğun olaraq tələbələrə fənn seçimi imkanı verməlidir, bu tələbələrin hüququdur. Bu hüququ təmin etmək ali təhsil müəssisəsi rəhbərinin borcdur”.

Nigar İlqarqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!