“Ali təhsillə bağlı bəzi proqramlar əsaslı şəkildə dəyişdirilməlidir”   - Nazir  

saytların hazırlanması

Evə çatdırılma

“Ali təhsillə bağlı bəzi proqramlar əsaslı şəkildə dəyişdirilməlidir” - Nazir  

Sosial

17 Dekabr 2021 12:43 526


“Ali təhsil müəssisələrində bəzi proqramlar əsaslı şəkildə dəyişdirilməlidir”.

Yenisabah.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, universitetlərdə tədrislə bağlı məzmunda daim dəyişikliklər olur, ali təhsil proqramları yenilənir və təkmilləşir: Dördpendirli pizza

“Təbii ki, dövr dəyişdikcə həm yeni ixtisaslar, həm ixtisasların proqramları yaranır, həm də mövcud ixtisasların proqramları təkmilləşir. Düşünürəm ki, bu dəyişikliklərin olması da labüddür. Bəzi proqramlar həqiqətən də əsaslı dəyişikliklərə məruz qalmalıdır. Bu da həmin sahədəki mütəxəssislərin işidir”.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!