Alim Qasımov: “İnsana verilən ən böyük mükafat...”

saytların hazırlanması

Evə çatdırılma

Alim Qasımov: “İnsana verilən ən böyük mükafat...”

Şou

14 Avqust 2026 10:36 41


Xalq artisti Alim Qasımovun ad günüdür.

“Yeni Sabah” xəbər verir ki, xanəndə doğum günü münasibətilə paylaşım edib.

O, həyat yolunun çətinliklər, sınaqlar və səbrdən ibarət olduğunu vurğulayıb. Toyuqlu pizza

“Ömür... Həyat Rəbbin bizim üçün yazdığı uzun yoldan ibarət ömür payıdır. Bu yol çətinliklər, sınaqlar, keçməkeşli anlar, xoşbəxtliyə gedən inam və səbrdən ibarətdir. İnsana verilən ən böyük mükafat isə haqq yolunda ömrünü davam etdirməyi bacarmaqdır.

Rəbbimə şükürlər olsun ki, Onun haqq və ədalətli bildiyi ömür yolunda həyat sürmək qismət oldu. Qəlbində mərhəmət və təmənnasız xeyirxahlıq olan insanların sevgisini qazanmaq bu ömür yolunda mənim üçün xoşbəxtliyin təməli oldu.

Rəbbim geridə qalan ömür yolunda ətalətli, qəlbində mərhəmət və sevgi olan, insani keyfiyyətləri üstün bilən insanlarla qarşılaşmağı, sağlam ömür sürməyi və həmd edəcəyimiz günləri yaşamağı bizə nəsib etsin”, – deyə Alim Qasımov paylaşımında qeyd edib.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!