Alim Qasımovdan Tatlısəs “qeybət”i: Oxumadı! - Video

saytların hazırlanması

Evə çatdırılma

Alim Qasımovdan Tatlısəs “qeybət”i: Oxumadı! - Video

Şou

14 Oktyabr 2024 10:58 778


Xalq artisti Alim Qasımov türk sənət musiqisinin “imperator”u İbrahim Tatlısəslə bağlı açıqlaması ilə diqqət çəkib.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu barədə o, İzzət Bağırovun aparıcılıq etdiyi “İzzət şou”da danışıb.

Xanəndə bildirib ki, toyların birində mikrafonu Tatlısəsə uzatsa da, onunla oxumayıb: Toyuqlu pizza

“Allah İbrahim Tatlısəsə şəfa versin. Amma bir dəfə onun məclisində məni dəvət etmişdilər. Oxudum. Bilirəm ki, Tatlısəs də bunu oxuyur. “Çərşənbə günündə, çeşmə başında...” zümzümə edib, mikrafonu ona uzatdım. Mikrafona da elə gözəl səs vermişdilər.

Dedim ki, onunla birgə oxuyum. Mənimlə oxumadı. Sonra ikinci dəfə mənə söz verdilər. Mikrafonu elə günə qoymuşdular. Oxumaq qalsın, danışmaq da olmurdu.

Nə isə. Allah qeybətə yazmasın!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!