Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Alim Qasımovun qohumu Nazpəri Dostəliyevanın borcunu qaytarmır
13 Okt 2021 16:58
2845

Alim Qasımovun qohumu Nazpəri Dostəliyevanın borcunu qaytarmır

Xalq artisti Nazpəri Dostəliyeva həmkarı Alim Qasımovun qohumuna verdiyi borc pulu geri ala bilmir.

Yenisabah.az xəbər verir ki, N.Dostəliyeva pulu Alim Qasımovun əmisi oğlu Yusifə verib.

Xalq artisti açıqlamasında xəbəri təsdiqləyib. Onun sözlərinə görə, illərdir bu məsələ öz həllini tapmır:

"Belə hadisədə Alim Qasımov kimi sənətkarın adının hallanmasını istəmirəm. Vicdanıma sığışdırmıram ki, Alim bəyin adı bu işdə hallansın. 10 ildən artıqdır pulu qaytarmır. Oturub gözləyirəm, görüm nə olacaq. Məhkəmə də oldu, amma yarımçıq qaldı, davamını gətirmədim. Pulu Yusifə rəsmi formada, notariusdan çıxmış müqavilə ilə vermişdim. Müqavilə indi də əlimdədir. Haqsızlığı gördüm, məsələni bağlayıb qoydum kənara. Bu günə qədər bu barədə danışmamışam. Hələ də gözləyirəm ki, onlardan cavab çıxa".

Müğənni verdiyi borcun məbləğini də açıqlayıb:

"Yusif məndən 30 min dollar alıb. Nəsə bizneslə əlaqədar iş görürdülər. Gəldi xahiş etdi, mən də verdim. İllərdir bir qəpik də qaytarmır"./Axsam.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər