Aliment borcunu ödəməyən 1278 şəxs həbs olunub -   Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Aliment borcunu ödəməyən 1278 şəxs həbs olunub - Rəsmi

Sosial

11 Avqust 2026 16:09 64


2026-cı ilin ilk 6 ayı ərzində aliment öhdəliyini yerinə yetirmədiyinə görə 2740 şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunub, onlardan 1278 şəxs inzibati qaydada həbs edilib.

"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, bu barədə Ədliyyə Naziriliyi məlumat yayıb.

Eyni dövrdə 116 şəxs barəsində cinayət məsuliyyətinə cəlb etmə barədə təqdimat verilib, 77 şəxs barəsində cinayət işi başlanıb. Dominos pizza

Həmin dövrdə aliment borcu ilə əlaqədar 1500 şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat tərtib olunub, onlardan 1246 şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!