Azərbaycanda alkoqolizm üzrə qeydiyyatda olan şəxslərin ümumi sayı 9 635 nəfər olub.
Bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən məlumat verilib.
Qurum 2024-2025-ci illəri əhatə edən alkoqolizm üzrə dispanser qeydiyyat göstəricilərini açıqlayıb: pizza
“2024-cü ildə alkoqolizm diaqnozu ilə 590 nəfər dispanser qeydiyyatına götürülüb, 607 nəfər isə qeydiyyatdan çıxarılıb. İl ərzində alkoqolizm üzrə dispanser qeydiyyatında olan şəxslərin ümumi sayı 9 578 nəfər təşkil edib.
2025-ci ildə alkoqolizm diaqnozu ilə 436 nəfər qeydiyyata götürülüb, 379 nəfər qeydiyyatdan çıxarılıb. Hesabat dövrünün sonuna alkoqolizm üzrə qeydiyyatda olan şəxslərin ümumi sayı 9 635 nəfər olub.
Qeydiyyata yeni götürülən şəxslər arasında 10 qadın olub. Ümumilikdə isə alkoqolizm diaqnozu ilə dispanser qeydiyyatında olan qadınların sayı 146 nəfər təşkil edir.
Qeyd edək ki, dispanser qeydiyyatında olan şəxslərin ümumi sayı uzun illər ərzində formalaşan kontingenti əks etdirir. 2025-ci ildə alkoqolizm diaqnozu ilə ilk dəfə qeydiyyata götürülən şəxslərin sayı 2024-cü illə müqayisədə azalıb ki, bu da yeni aşkarlanan hallarda artım müşahidə olunmadığını göstərir”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız