Alla Puqaçova 500 min dollar qonorar istəyir

saytların hazırlanması

Evə çatdırılma

Alla Puqaçova 500 min dollar qonorar istəyir

Şou

08 Noyabr 2023 20:14 1088


Rusiyanın Xalq artisti Alla Puqaçova yenidən səhnəyə qayıtmağı planlaşdırır. 

Yenisabah.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, 74 yaşlı sənətçi Yeni ildə səhnəyə çıxıcaq. 

Puqaçovanın prodüserləri artıq onun çıxışları üçün musiqiçiləri axtarır. Onun 500 min dollarlıq (təxminən 850 min manat) rekord qonorar qarşılığında mahnılarını ifa edəcəyi vurğulanıb. O, bayram günlərində Kipr və Dubayda çıxış edəcək.  Dominos pizza

Qeyd edək ki, Alla ailəsi ilə birgə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək İsrailə köçmüşdü. Bir müddət əvvəl onlar İsraildən Kiprə köçüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!