Alman gəmisi Qırmızı dənizdə husilərin pilotsuz təyyarəsini vurdu

saytların hazırlanması

Evə çatdırılma

Alman gəmisi Qırmızı dənizdə husilərin pilotsuz təyyarəsini vurdu

Dünya

21 Mart 2024 21:58 486


Almaniyanın “Hessen” freqatına məxsus vertolyotu Yəmənin üsyançı “Ənsar Allah” (husilər) hərəkatı tərəfindən buraxılan pilotsuz uçuş aparatını aşkarlayaraq məhv edib.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, pilotsuz təyyarə mülki yedək gəmisinə yaxınlaşan an vurulub.

Qeyd edək ki, ticarət gəmilərini qorumaq üçün Qırmızı dənizdə yerləşdirilən “Hessen” freqatının pilotsuz təyyarələri vurması ilk dəfə deyil. Fevralın sonunda gəmi yəmənli husilərin ilk hücumunu dəf edərək iki pilotsuz təyyarəni vurub. Lakin, eyni zamanda, freqat səhvən ABŞ pilotsuz təyyarəsinə də atəş açıb. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!