Almaniya ordusu Rusiyanın mümkün hücumuna hazırlaşır

saytların hazırlanması

Evə çatdırılma

Almaniya ordusu Rusiyanın mümkün hücumuna hazırlaşır

Dünya

11 İyun 2026 19:57 127


Almaniya 2029-cu ilədək və ya daha tez müddətə Rusiyanın mümkün hücumuna hazırlaşmalıdır.

"Yeni Sabah" xəbər verir ki, bunu Almaniya Quru Qoşunlarının komandanı general-leytenant Kristian Freydinq “Politico” nəşrinə müsahibəsində bildirib.

Freydinq deyib ki, 2029-cu il Almaniyanın proqnozları deyil, bu, NATO ilə razılaşdırılmış kəşfiyyat məlumatlarıdır. Pepperoni pizza

“Bütün 32 NATO müttəfiqi razılaşır ki, Rusiya 2029-cu ildə NATO ölkələrindən birinə müdaxilə etmək qabiliyyətinə malik ola bilər”, — general qeyd edib.

Bununla yanaşı, o, Rusiyanın daha əvvəl də addım ata biləcəyi barədə xəbərdarlıq edib.

“Biz döyüşə hazır olmalıyıq”, — Freydinq əlavə edib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!