Almaniya polisi müəmmalı məktub aldı: Enerji obyektlərinə hücumları...

saytların hazırlanması

Evə çatdırılma

Almaniya polisi müəmmalı məktub aldı: Enerji obyektlərinə hücumları...

Dünya

04 Sentyabr 2026 21:31 57


Almaniyanın hüquq-mühafizə orqanları Cənubi Brandenburqda enerji obyektlərinə qarşı təxribatların törədilməsi ilə bağlı etiraf məktubu alıblar.

"Yeni Sabah" xəbər verir ki, bu barədə yerli polis "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Turnov-Preylakda (Brandenburq torpağı - red.) baş verən hücuma görə müəllifin məsuliyyəti öz üzərinə götürdüyü məktub almışıq", - deyə idarənin açıqlamasında qeyd olunub. pizza sifarişi

Məktubda Berqhaymdakı insidentlərdən və Brandenburqdakı "Yenşvalde" İES-dən bəhs olunur. Məktubun müəllifi əməllərini qazıntı yanacağından əldə edilən enerjinin istifadəsinə etirazla izah edir.

Poçt ştampına əsasən, məktub Şimali Reyn-Vestfaliyadan göndərilib. Polis məktubu göndərən şəxsin enerji obyektlərinə hücumlarda iştirak edib-etmədiyini yoxlayır.

Qeyd edək ki, sentyabrın 3-də Almaniyanın Dormaqen şəhərindəki elektrik yarımstansiyasının yaxınlığında şübhəli əşya tapılıb. Onun partlayıcı maddə və ya buraxılış qurğusu olduğu ehtimal edilir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!