Almaniya Türkiyənin cənub-şərqində “Patriot” zenit-raket kompleksləri yerləşdirəcək.
"Yeni Sabah" xəbər verir ki, bu barədə “Berliner Zeitung” Almaniya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirlikdən bildirilib ki, “Patriot” hava hücumundan müdafiə sistemi və Bundesverin təxminən 150 hərbçisi iyunun sonundan sentyabr ayınadək Türkiyədə dislokasiya olunacaq. Qeyd olunub ki, bu addım İrandakı vəziyyətlə əlaqədardır. pizza
Bundan əvvəl Almaniya kansleri Fridrix Merz ölkəsinin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasında iştirak etməyə hazır olduğunu açıqlamışdı./APA
Telegram kanalımız